AFFA-nın baş katibi Elxan Məmmədov Dünya Kubokunun Azərbaycana gətirilməsi səbəbini açıqlayıb. Sportarena.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan Məmmədov bunu oyununun keçiriləcəyi Olimpiya stadionu və azarkeşlərlə əlaqələndirib:
"AFFA Azərbaycanda İtaliya milli komandasının çoxsaylı azarkeş ordusunun olmasını, eləcə də yeni – Bakı Olimpiya Stadionunda futbol açılışının əzəmətini nəzərə alaraq, fanatlara sürpriz etməyi qərara aldı. İtaliya Futbol Federasiyası ilə danışıqlardan sonra İtaliya milli komandasının Dünya Kubokunu Azərbaycana gətirməsi üçün razılıq əldə olundu. Bu hadisə ölkəmizdə futbol həvəskarları üçün bir hədiyyə olacaq".