"Qəbələ"nin legionerindən iddialı açıqlama

18:43 16 Sentyabr 2015

"Biz artıq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazmışıq. Ancaq biz daha artığını istəyirik. Çətin olacağını bilirik, amma turnirdə yaxşı çıxış etməyə çalışacağıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo deyib. Yunanıstan mətbuatına danışan braziliyalı yarımmüdafiəçi Avroliqanın qrup mərhələsinin ilk turunda PAOK-la keçirəcəkləri oyun haqda fikirlərini açıqlayıb. Dodo komandasının qrup səddini aşacağına inandığını bildirib:

 

"Qəbələ" hər mövqedə güclü rəqabət olan bir komandadır. Qrup səddini də aşaraq növbəti mərhələyə adlayacağımıza inanıram. "Borussiya"nın qrupda ilk iki pillədən birini tutacağına şübhəm yoxdur. Qalan 3 komanda - "Qəbələ", "Krasnodar" və PAOK isə növbəti vəsiqə uğrunda mübarizə aparacaq".

 

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində sabah evdə PAOK-u qəbul edəcək. Matç saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti