"Dinamo"nun sabiq üzvü "İnter"ə gəlir

18:55 16 Sentyabr 2015

Ötən mövsümün sonunda maliyyə durumu pisləşən və bu üzdən aparıcı futbolçularını itirən "İnter" yavaş-yavaş özünə gəlir. Sportarena.az xəbər verir ki, IV turda çempionluğa iddialı "Qəbələ"ni məğlub edən "bankirlər"in yeni transferə hazırlaşması da artıq bir çox şeydən xəbər verir.

 

Paytaxt təmsilçisi heyətini albaniyalı futbolçu ilə gücləndirməyə yaxındır. Belə ki, Zaur Svanadzenin komandası Emilyano Vila ilə anlaşmaq üzrədir. Hətta futbolçunun sabah Bakıya gələcəyi gözlənilir.

 

Ancaq klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov saytımıza açıqlamasında bu keçid barədə konkret bir söz demədi: "Bu futbolçunun transferi gündəmimizdədir. Ancaq hələlik ortada konkret bir şey yoxdur". 

 

Qeyd edək ki, Vila ampulaca hücumameyilli yarımmüdafiəçidir. Daha çox sağ cinahda oynasa da, solda və ikinci hücumçu qismində də çıxış edə bilir. 27 yaşlı futbolçu ölkəsində "Teuta", "Dinamo", "Partizani" klublarında çıxış edib. Bundan başqa, Xorvatiyada Zaqreb "Dinamo"su, "Lokomotiva", Yunanıstan isə PAS klubunun şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti