PAOK-un baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində sabah “Qəbələ”yə qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransı keçirib.
Sportarena-nın məlumatına görə, Tudor bunları deyib:
Rəqib haqda müəyyən məlumat toplamışıq. Əvvəlki oyunlarda hansı komandaları mübarizədən kənarlaşdırdıqlarını bilirik.
-Sabah Kadze kimi futbolçunuzun meydana çıxa bilməməsi işinizi nə dərəcədə çətinləşdirəcək.
- O, bizim üçün çox önəmli futbolçudur. Ancaq təəssüf ki, zədə səbəbindən bizə kömək edə bilməyəck. Onun yoxluğunu hiss etdirməyəcək futbolçularımız da var.
- “Qəbələ” klubu haqda hansı fikirdəsiniz? Rəqibinizin “Panatinaikos”u keçməyi sizə nə deyir?
- “Panatinaikos” kimi komandanı mübarizədən kənarlaşdırmaq elə-belə iş deyil. “Qəbələ” hücumda təhlükəlidir. Maraqlı, keyfiyyətli futbolçular var. Hər zaman yaxşı nəticə qazanmaq üçün oynayırıq. Məni komandamın gözəl oyunu maraqlandırır. Yaxşı oyun göstərsək, nəticə özü gələcək.
- PAOK bu mövsüm evdə yaxşı, səfərdə isə zəif çıxış edir. Sabahkı oyunda heç-heçəyə razısınız?
- Əvvəlcə onu deyim ki, qalib gəlməklə pis oyun sərgiləyən arasında fərq çoxdur. Səfərdə pis oyun göstərməyimiz fikri ilə razı deyiləm.
-Yəqin “Qəbələ”nin “Panatinaikos”la oyununu izləmisiniz. Həmin görüşdə iki qol vuran Dodoya qarşı xüsusi tədbir görəcəksiniz?
- Təbii ki, bunu nəzərə almışıq. “Qəbələ” yaxşı komandadır. Çalışmışıq ki, “Qəbələ”yə qarşı hazır olaq.
- “Qəbələ”yə icarəyə verilən Fakunda Pereyranın sizi cəzalandıracağından qorxmursunuz ki?
- Əlbəttə ki, o sabah oynasa, xüsusi motivasiyada olacaq. Mən ona bütün oyunlarda uğur arzulayıram, təkcə sabahkı görüşdən başqa.
- “Qəbələ” iki yunan klubunu mübarizədən kənarlaşdırıb. Buna görə də üzərinizdə psixoloji təzyiq varmı?
- Psixoloji təzyiq həmişə olur.
- Sabah Dmitar Berbatovu meydanda görə biləcəyik?
- Onun fiziki durumu tam qaydasında deyil. Oyunun gedişatından asılı olaraq onu meydana buraxa bilərik.
-Robert Prosineçki ilə Xorvatiya millisində oynamısınız. Onunla “Qəbələ” haqda danışmısınız?
- Prosineçki mənim yaxın dostumdur. İki saat əvvəl onunla danışmışam. O, çox yaxşı məşqçi və dəyərli insandır.