Qurbanov: "Bizim düşündüyümüz ingilis futbolundan fərqli bir futbol olacaq"

23:19 16 Sentyabr 2015

“Sabah bizi çətin oyun gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirik ki, hər şey bizim üçün yaxşı nəticələnəcək”.

 

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” Londonda yerli “Tottenhem”in qonağı olacaq. 

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb:

 

“Ardıcıl 2-ci ildi ki, Avropa Liqasının qrup mərhələsində çıxış edirik. Məşqçi kimi bu mənim üçün böyük təcrübədi. Belə qrupda mübarizə aparmaq təcrübədi. Oyuna həvəslə hazırlaşmışıq. Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”.

 

 - İlk dəfə ingilis klubu ilə qarşılaşacağıq. Bu sizin üçün nə kimi çətinlik yarada bilər? Rəqibin hansı keyfiyyəti sizi narahat edir?

- Rəqib baş məşqçi İspaniyada çalışmış argentinalıdı. İngilis futbolundan fərqli fəlsəfəsi var. Bizim düşündüyümüz ingilis futbolundan fərqli bir futbol olacaq. Ola bilər müdafiədə ingilis oyunu oynasalar da, hücumda fərqli çıxış edələr.

 

- Azərbaycanda bu cür iqlim şəraiti az olur. Amma ingilislər üçün bu adi haldı. Bu, çıxışınıza nə kimi təsir edəcək?

- Sabahı bilmək olmur necə olacaq. Bizim üçün məncə, maraqlı olacaq. Ola bilər hansısa çətinliklər oldu.

 

- Maksim Medvedevi sabah meydanda görəcəyik?

- Açığı bu haqda qərarı sabah verəcəm. Hələ vaxtımız var.

 

- Yeni transferlərdən hər hansı birini meydanda görə bilərik?

- İlk dəqiqələrdə olmasa da matçın gedişində mümkündü.

 

- Rəqib “Qarabağ”ı böyük komanda adlandırdı. Bu haqda nə deyə bilərsiniz?

- Bu rəqibin bizə hörmətidi. Biz də rəqiblərə heç vaxt yuxarıdan aşağı baxmamışıq. Rəqibin bizə qarşı ciddi yanaşmasının göstəricisidi.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti