"Avropa Liqasının qrup mərhələsində yenidən iştirak edəcəyik. Buna görə çox şadam. Bizi “Tottenhem”lə çətin oyun gözləyir".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsində “Tottnehem”lə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
Braziliyalı yarımmüdafiəçi çətin oyun öncəsi nikbin danışıb: "Hər birimiz oyuna yaxşı hazırlaşmışıq, özümüzə inanırıq. Ümid edirik ki, hər şey bizim istədiyimiz kimi alınacaq".