"Sumqayıt" başladı, əvəzedici komandaya göndərilənlər bağışlandı

14:00 17 Sentyabr 2015

Premyer Liqasının son turunda "Zirə" ilə qarşılaşan (1:1) "Sumqayıt" 1 günlük istirahəti başa vurub.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" ötən gün baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında axşam "Kapital Bank Arena"da "Qəbələ" ilə oyunun hazırlığıa start verib.


Heyətdə zədəli futbolçu yer almır. Bir müddət əvvəl əvəzedici heyətə göndərilmiş Emin Mehtiyev və Uğur Pamuk da artıq əsas komandaya qaytarılıb.


Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu sentyabrın 21-də saat 21:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti