"Qarabağ" yaxşı komandadır".
Sportarena.az xəbər verir ki, bu fikirlər "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinoya məxsusdu. Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la qarşılaşacaq London klubunun çalışdırıcısı təmsilçimizi tanıdığını etiraf edib:
"Onların Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"lə oyunlarının videoyazılarını izləmişəm. Azərbaycan təmsilçisi həmin görüşdə yaxşı təsir bağışlayıb".
43 yaşlı mütəxəssis "Qarabağ"a hörmətlə yanaşdıqlarını bildirib: "Qarabağ" yerlə oynamağı sevən dinamik komandadır. Düşünürəm ki, turnirdə hər bir rəqibimizə hörmətlə yanaşmalıyıq. Bizi bu gecə asan oyun gözləmir".
Qeyd edək ki, Londonda keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.