FİFA-nın qadağası ucbatından yeni transferlərini bir-bir itirən "Xəzər Lənləran" daha bir legioneri ilə vidalaşa bilər. Bu barədə Sportarena.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Onun sözlərinə görə, digər yeni oyunçular kimi, Liman Seydi də cənub təmsilçisindən ayrıla bilər.
Fərq ondadır ki, fransız hücumçu hazırda İdman Arbitraj Məhkəməsinin (CAS) qərarını gözləyir. Əgər CAS FİFA-nın qadağasını ləğv etsə, Seydi "ağ-yaşıllar"la yola davam edəcək. Əks halda isə özünə yeni komanda axtaracaq.
"İnter"ə keçidi baş tutmayan forvardın xidmətində 2 klubun maraqlı olduğu söylənilir.