19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb.
Sportarena.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Uelsin Osvestri şəhərindəki "Park Hall" stadionunda Belçika komandası ilə qarşılıb. Bu matçda millimiz 3:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, qrupun ilk oyununda yığmamız Uels millisini 4:1 hesabı ilə məğlub edib.
17 sentyabr
Belçika -U19 - Azərbaycan U19 (qızlar) - 0:3
Qollar: Yaiza Relea, 29 (0:1), 45 (0:2), Aysun Əliyeva, 67 (0:3)