Tale Heydərov: "Hər kəs bizdən qələbə gözləyirdi"

00:31 18 Sentyabr 2015

"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının qrup mərhələsində evdə PAOK-la 0:0 bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlama verib:
Sportarena.az xəbər verir ki, Heydərov  matç barədə  bu fikirləri səsləndirib:
"Yaxşı oynadıq. Hər kəs bizdən qələbə gözləyirdi. Amma bu dəfə alınmadı. Çalışacağıq növbəti matçlarda 3 xal qazanaq. Amma bizim üçün qrupun ilk oyununda bir xal qazanmaq pis nəticə deyil. Yeni transferlərimiz də özlərini yaxşı tərəfdən göstərdilər. Çalışıram ki, hər oyunda komandamın yanında olum. Böyük ehtimalla, "Krasnodar"la səfər matçında da komandanın yanında olacam".


Digər xəbərlər

Xəbər xətti