PAOK-un baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb.
Sportarena.az xəbər verir ki, Tudor bu sözləri deyib:
“Komandam yaxşı oynadı. Rəqiblə müqayisədə daha üstün idik. Əlbəttə, Bakıya qələbə üçün gəlmişdik. Ancaq səfərdə “Qəbələ” kimi klubla oynamaq elə də asan deyil. Məğlub ola da bilərdik. Buna görə də bir xalı da yaxşı nəticə hesab etmək olar.