Qriqorçuk: "Bəlkə də, belə olacağını bilirdim"

01:18 18 Sentyabr 2015

“Qələbəyə yaxın idik, qazana bilərdik. Amma 1 xal əldə etdik. Bu nəticənin ədalətli olub-olmamasını müzakirə etməyəcəm”.
 
Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” qrup mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. PAOK-la qarşılaşan “qırmızı-qaralar” qolsuz heç-heçəyə imza atıblar.
 
Matçdan sonra mətbuat konfransı keçirən ukraynalı çalışdırıcı Aleksey Antonovun çıxışından razı qaldığını vurğulayıb: “Antonov və Zets ilk hissədə yaxşı oynamadılar, amma fasilədən sonra Antonov yaxşı təsir bağışladı. Mən onun çıxışından razı qaldım. Bu gündən sonra da o, “Qəbələ”nin heyətində çıxış edəcək”
 
- Derlis Meza Kolli və Fakundo Pereyranın çıxışı barədə nə deyə bilərsiz? Tapşırıqların öhdəsindən gələ bildilərmi?
- Hər ikisi yaxşı oynadı. Meza Kolliyə əsas heyətdə şans verdim. Bu, mənim qərarım idi. Fakundo isə ikinci hissədə oynadı. Ona verdiyimiz tapşırığın öhdəsindən gəldi.
 
- Antonov ümumilikdə 19 dəfə top itkisinə yol verdi. Sual isə belədi ki, Tüdor “Qəbələ”ni yaxşı öyrənmişdi, yoxsa siz onları yaxşı analiz etmişdiz?
- Biz onları çox yaxşı analiz etmişdik. Bəlkə də, hansısa epizodlarda sürətdə uduzurduq. Bununla yanaşı, mübarizəmizi davam etdirdik. Rəqib 2 taktiki variantdan istifadə etdi, bunlara hazır idik. Çətin oyun idi. Amma biz onları yaxşı analiz etmişdik.
 
- Rəşad Sadiqovun ehtiyatda qalması nə ilə bağlı idi?
- Biz Rəşadı çox dəyərləndiririk. Bizim üçün çox vacib oyunçudu. Əminəm ki, gələcəkdə də bizə çox kömək edəcək.
 
- Qrupun digər oyununda “Borussiya” son dəqiqə qolu ilə “Krasnodar”a qalib gəldi. Bu hesabı biləndə hansı reaksiyanı verdi?
- Çox sakit qarşıladım. Bəlkə də, belə olacağını bilirdim. Bizim üçün növbəti oyun önəm kəsb etmirdi. Çünki ilk görüşümüz idi. Əgər qrupda 3 oyun keçirsəydik, onda qrupun növbəti matçının nəticəsi barədə fikirləşərdik. Əsas odu ki, biz öz oyunumuzu fikirləşək. Digər hesabı isə sakit qəbul etdim. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti