Qurban Qurbanov: "İnanıram ki..."

02:16 18 Sentyabr 2015

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Tottenhem”in qonağı olan ağdamlıların baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə bunları deyib:

 “Məğlub olmaq istəməzdik. Rəqib həqiqətən də yaxşı komandadı. Ancaq öz futbolçularımız da səhvlər elədi. İlk oyun idi, istər-istəməz futolçularda həyəcan var idi. Hesabın 2:1 və ya 3:1 olması əhəmiyyət kəsb eləmirdi. Bəlkə də müəyyən boşluqlar oldu deyə belə səhvlər alındı. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəyik”.


Digər xəbərlər

Xəbər xətti