"Qarabağ"ın oyunundan razı qaldım. "Tottenhem" qrupun ən güclü komandasıdır. Onların heyətində 60 milyon avroluq futbolçu çıxış edir. Belə komandaya qarşı layiqli oyun sərgilədik".
Sportarena.az xəbər verir ki, bu sözləri qol.az"a açıqlamasında "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib. Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə uduzduqları görüş barədə fikirlərini açıqlayan klub rəsmisi azarkeşlərdən dəstək istəyib: "Qarabağ"ın azarkeş dəstəyinə ehtiyacı var. Hər kəsi "Qarabağ"a dəstək olmağa çağırıram".
Qeyd edək ki, qrup mərhələsinin ilk turunda səfərdə "Tottenhem"in qonağı olan "Qarabağ" rəqibinə 1:3 hesabı ilə uduzub.