"Qalib gəlmək üçün real şansımız da var idi".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Sergey Zenyov deyib. Avropa Liqasının qrup mərhələsində PAOK-la 0:0 bərabərə qaldıqları oyun haqda danışan estoniyalı hücumçu komandasının qalib gəlmək üçün real şansı olduğunu bildirib:
"Oyun ərzində qol vurmaq üçün bir neçə şansımız oldu. Lakin dəyərləndirə bilmədik. Bununla belə, qrup mərhələsinin ilk oyununda 1 xal da pis nəticə deyil. PAOK güclü rəqibdir. Ancaq onlara qarşı oynamaq olar".