"Qarabağ" zəif rəqib deyil" - "Tottenhem"in futbolçusu

13:21 18 Sentyabr 2015

"İlk qolu buraxmağımız pis oldu. Ancaq ümumilikdə yaxşı oyun nümayiş etdirdik".

Sportarena.az xəbər verir ki, bu sözləri "Tottenhem"in futbolçusu Dele Alli deyib. Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edən gənc komandamızın onlara çətinlik yaratdığını bildirib:

 

"Qələbə qazanmaq üçün çox işləməyə məcbur olduq. "Qarabağ" zəif rəqib deyil. Onlar yaxşı oynadılar. Sonun vurduğu qollarda pay sahibi olduğum üçün şadam. Komandama kömək etmək mənə xoşdur".


Digər xəbərlər

Xəbər xətti