Gedənlər "Xəzər Lənkəran"a qayıdacaqlarmı? - "Qapımız onların üzünə hər zaman açıqdır"

14:26 18 Sentyabr 2015

FİFA-nın məlumqadağası "Xəzər Lənkəran"ın yeni transferlərinin rəsmi debüt etmədən komandadan ayrılmaları ilə nəticələndi. Sportarena.az xəbər verir ki, Vaqif Cavadov, Vüqar Nadirov və Ruslan Abışovu "Qəbələ"yə göndərən "ağ-yaşıllar", Dieqo Souzanı da "Zirə"yə buraxdı. Liman Seydi isə yol ayrımındadı.

 

Maraqlıdı, transfer qadağası bitdikdən sonra həmin futbolçular "Xəzər Lənkəran"a qayıdacaqlarmı? Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi saytımıza açıqlamasında məsələyə bu cür aydınlıq gətirdi:

 

"Həmin futbolçular komandada qalmaq istəyirdilər. Sadəcə, məlum səbəblərə görə onlara şərait yaratdıq ki, başqa klublara keçsinlər. Onlar icarəyə verilməyiblər. Hər birinin transfer vərəqəsini özlərinə vermişik. Amma qapımız hər zaman üzlərinə açıqdır. Ola bilərki, yenidən "Xəzər Lənkəran"a qayıtsınlar".


Digər xəbərlər

Xəbər xətti