"Tottenhem"in qapıçısı Huqo Lloris Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini açıqlayıb. Sportarena.az xəbər verir ki, Fransa millisinin əsas qolkiperi vacib üç xal qazandıqlarını deyib:
"Hədəfimiz qələbə qazanmaq idi və buna nail olduq. Rəqib penaltidən fərqləndikdən sonra yaxşı oynadıq. Oyuna yaxşı başlamadıq. Ancaq buraxılan qoldan sonra istədiyimiz səviyyəyə çatdıq və oyuna qayıtdıq".