"Biz üç xal qazanmağa, öz futbolumuzu sərgiləməyə çalışırdıq. Qazonun vəziyyəti acınacaqlı idi. Stadion kiçik idi, rəqib də müdafiədən oynamağa çalışırdı. Buna baxmayaraq, bir neçə qol vəziyyəti yaratsaq da, bundan yararlana bilmədik".
Sportarena.az xəbər verir ki, bu sözləri PAOK klubunun yarımmüdafiəçisi Dimitris Pelkas deyib. O,Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib:
"İlk oyunda uduzmadıq, bir xal da normal nəticədir. Qarşıdakı oyunlara baxmalıyıq. Futbolda yaxşı və pis günlər olur. "Qəbələ" ilə oyunda mənim ötürmələrim nəsə alınmırdı. Hələ həftədə iki dəfə oynamağa alışmamışam. Amma bu, müvəqqətidir. Daha çox çalışmalı və növbəti oyunlarda uğur qazanmalıyıq. Hər bir oyuna ayrıca yanaşmaq lazımdır".