"Neftçi" - "Xəzər Lənkəran" oyununda hakim dəyişikliyi

15:23 18 Sentyabr 2015

Topaz Premyer Liqasının V turunun oyunlarını idarə edəcək hakim briqadalarında müəyyən dəyişikliklər edilib.

 

Sportarena.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayev səhhətində yaranmış problemlər səbəbindən 5-ci turda meydançaya çıxmayacaq.

 

Odur ki, AZAL – “İnter” görüşündə İnqilab Məmmədov idarəçilik edəcək. Əliyar Ağayevi əlavə köməkçi kimi təyinat aldığı “Neftçi” – “Xəzər Lənkəran” görüşündə isə Fariz Yusifov əvəzləyəcək.


Digər xəbərlər

Xəbər xətti