"Biz yaxşı komandaya qarşı oynadıq" - PAOK-un futbolçusu

17:40 18 Sentyabr 2015

"Çətin oyun oldu. Biz yaxşı komandaya qarşı oynadıq. Düzdür, istədiyimiz kimi oynaya bilmədik. Ancaq əsas odur ki, məğlub olmadıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri PAOK-un qapıçısı Robin Olsen Avropa Liqasının qrup mərhələsində evdə "Qəbələ" ilə 0:0 bərabərə qaldıqları oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

 

İsveçli qolkiper "Qəbələ" ilə oyunda qazanılan bir xalın da yaxşı nəticə olduğunu bildirib: "Bir xal heç xal qazanmamaqdan daha yaxşıdır. Lakin qarşıdakı görüşlərdə daha yaxşı nəticələr qazanmaq istəyirik. Qol buraxmadığım üçün şadam. Özümü daha inamlı hiss edirəm. Lakin ən əsası komandanın uğurudur".


Digər xəbərlər

Xəbər xətti