Məmmədyarovun 1/8 finaldakı rəqibi məlum oldu

22:36 18 Sentyabr 2015

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/8 final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun rəqibi müəyyənləşib. 
Sportarena.az xəbər verir ki, həmyerlimiz ABŞ-ı təmsil edən Fabiano Karuana ilə üz-üzə gələcək.
 
Qrossmeysterlər arasında ilk qarşılaşma sentyabrın 20-nə təsadüf edəcək.
 
Məmmədyarov Karuanaya qalib gələrsə, Rauf Məmmədovun da revanşını almış olacaq. Çünki Məmmədovu 1/32 finalda məhz Karuana məğlub edib.


Digər xəbərlər

Xəbər xətti