Aleksey Qay: "Əgər belə etsək, hər şey yaxşı olacaq" - Müsahibə

00:01 19 Sentyabr 2015

"Qəbələ" klubunun futbolçusu Aleksey Qay Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə PAOK-la 0:0 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.


- Qrupun ilk matçında PAOK-la bərabərə qaldınız. Oyunla bağlı fikirlərini öyrənək...

- İlk dəfə idi qrup mərhələsində oynayırdıq. Komanda olaraq layiqli mübarizə apardıq. Qalib də gələ bilərdik. Ancaq düşünürəm ki, azarkeşlərimiz oyunumuzdan razı qaldı.

- Səncə, qələbə qazanmaq üçün nə çatmadı?

- İlk hissədə oyunumuz alınmadı. Emosiyalarımıza sahib çıxa bilmirdik. Ancaq ikinci hissədə daha yaxşı oynadıq və qollar vurmaq üçün şanslarımız oldu. Təəssüf ki, yararlana bilmədik.

- "Qəbələ"nin iki xal itirdiyini söyləmək olar?

- Məlum məsələdir ki, qol vurmaq üçün şanslarımız oldu. Lakin qalib gəlmədiyimiz üçün üzülməyə dəyməz. Əksinə optimist olmalı və növbəti oyunlarımıza hazırlaşmalıyıq.

- "Qəbələ"nin Premyer Liqa və Avropa Liqasında fərqli heyətlə çıxış etməsi komandanın oyununa mənfi təsir göstərmir ki?

- Xeyr, bunun komandaya mənfi təsir etdiyini düşünmürəm. Əksinə yaxşı və geniş heyətə malik olmağımız futbolçuları daha böyük yüklənmədən xilas edir.

- Yeni komanda yoldaşın Derlis Meza Kolli ilə meydanda anlaşmağın necə alındı?

- Derlis yaxşı futbolçudur. O, meydanda nəyi necə etmək lazım olduğunu yaxşı bilir. Digər oyunçular kimi o da komandaya kömək etmək üçün gəlib.

- Hücumları məntiqi sonluqla başa çatdıra bilmirdiniz. Bu, nə ilə bağlıdır?

- Hücumda bir qədər soyuqqanlı və sakit oynamaq lazımdır. Görünür bunun üzərində daha çox çalışmalıyıq. Əgər belə etsək, hər şey yaxşı olacaq. 


Digər xəbərlər

Xəbər xətti