“AAAF Park” Yaşayış Kompleksi Qurban bayramı münasibətilə yeni kampaniyaya start verib. Kampaniyanın şərtlərinə görə oktyabr ayının 15-nədək hər bir Azərbaycan vətəndaşı 5 % ilkin ödəniş etməklə 25 il müddətinə qədər mənzil əldə edə biləcəkdir.
Kampaniyadan yararlanmaq və ev sahibi olmaq istəyən hər bir şəxs şəxsiyyət vəsiqəsi və 5 % ilkin ödəniş məbləği ilə “AAAF Park” Yaşayış Kompleksinin Satış Şöbəsinə yaxınlaşaraq, istədiyi mərtəbədən 1, 2 və 3 otaqlı mənzilləri rəsmiləşdirə bilər.
Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksində çoxillik ödəmə şərtləri ilə satılan mənzillərin 3 ilə təhvil verilməsi və hal-hazırda inşaasına başlanılmış 16 mərtəbəli yaşayış binalarında olması nəzərdə tutulmuşdur. 1 otaqlı 31.2 m²-lik mənzil əldə etmək üçün 2 598 AZN ilkin ödəniş edərək, 25 il isə ayda 138 manat ödəməklə mənzil sahibi ola bilərsiniz. 2 otaqlı 63.1 m²-lik mənzil əldə etmək istəyən şəxslər isə 5 256 manat ilkin ödəniş, 25 il ayda 280 manat ödəməklə mənzil sahibi ola biləcəkdir.
Xatırladaq ki, “AAAF Park” Yaşayış Kompleksi fəaliyyət gösərdiyi müddət ərzində əhalinin maddi durumunu nəzərə əlaraq bir çox sosial kampaniyaları həyata keçirmiş və hər zaman tikinti sektorunda yenilikləri ilə ilk olmağı bacarmışdır. Bir neçə ay bundan öncə qısamüddətli elan olunan ilkin ödənişsiz Ramazan Kampaniyasını buna misal gətirmək olar.
Qurban Bayramı ilə əlaqədar elan olunmuş yeni kampaniyanın sosial layihə kimi düşünülməsi ilə iş yerindən arayışın da tələb olunmaması “AAAF Park” rəhbərliyinin hər bir ailəyə və gələcək sakinlərinə 25 illik güvəninin açıq nümayişidir.
Ətraflı məlumat üçün *6464 (012/050/055 408 64 64)