8-ci kilometr qəsəbə stadionunun ot örtüyünün "Neftçi"-"Xəzər Lənkəran" matçına kimi hazır vəziyyətə gətirilməsi məqsədi ilə hər iki komanda oyun öncəsi son məşqini Bakı Olimpiya Stadionunda keçirəcək.
Sportarena.az-ın “Neftçi”nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırlıq Olimpiya Stadionunun məşq meydançasında baş tutacaq.
Qeyd edək ki, sabah keçiriləcək“Neftçi” – “Xəzər Lənkəran” matçı saat 21:00-da başlayacaq.