"Neftçi İdman Klubu”nun təmsilçisi dünya çempionu olub

10:38 19 Sentyabr 2015

Finlandiyanın Rovaniemi şəhərində veteran ağır atletlər arasında dünya çempionatı keçirilib. Sportarena.az xəbər verir ki, yarışda 58 ölkədən 500 idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçisi Vaqif Müsadiq (77 kq) 60-64 yaş qrupunda birdənqaldırmada 88 kq, təkanla qaldırmada isə 108 kq nəticə göstərərək dünya çempionu olub. Bununla da o, ilkə imza atmış olub. Belə ki, klubun təmsilçisi Azərbaycan ağır atletika idmanı tarixində veteranlar arasında 60 yaşına çatmış ilk dünya çempionu olub.

Qeyd edək ki, Vaqif Müsadiq artıq 45 ildir ki, "Neftçi İdman Klubu”nda fəaliyyət göstərir.


Digər xəbərlər

Xəbər xətti