"Kəpəz"in heç bir oyununa baxmayan veteran futbolçu: "Belə kişilik olmaz"

17:23 19 Sentyabr 2015

"Sağ olsunlar, "Kəpəz"də işləməyi təklif etdilər. Amma idman direktoru, məşqçilər təyin olunmuşdu deyə getmədim. Heç kimin yerini dar eləmək istəmədim. Belə kişilik olmaz. Başqa iş təklif elədilər, uyğun bilmədim".

 

Bu sözləri Sportarena.az saytına açıqlamasında "Kəpəz"in sabiq baş məşqçisi Vidadi Rzayev deyib. Keçmiş komandası haqda danışan veteran futbolçu cari çempionatda Gəncə təmsilçisinin heç bir oyununa baxmayıb:

 

"Mövsüm başlayandan "Kəpəz"in heç bir oyununa baxmamışam. CBC kanalı bizdə göstərmədiyi üçün baxa bilmirəm. Stadiondan baxmaq olar. Fikirləşim, bəlkə gedib baxaram".

 

Rzayev sonda "Kəpəz" rəhbərliyindən inicmidəyini söyləyib: "Yox, yox. Vallah yox. Həyatı boyu elə şeylərdən incimirəm. Bu, futbol həyatıdı. Hansısa komandaya keçmək, orda qalmaq elə də çətin məsələ deyil. İnşallah, yenə hardasa işləyərəm".


Digər xəbərlər

Xəbər xətti