"Azarkeşlərimiz "Qarabağ"ı qarşılamaq və onlara dəstək olmaq üçün hava limanına getmişdilər. Bu, bəzi Gəncə tərəfdarlarının narazılığına səbəb olub".
Bu sözləri Sportarena.az-a açıqlamasında "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev deyib. Azarkelərin ittihamlarına cavab verən Əliyev bunu Azərbaycan naminə etdiklərini vurğulayıb:
"Həmin azarkeşlərə demək istəyirəm ki, biz bu addımı Avropada Azərbaycanı təmsil edən istənilən komandaya qarşı atmağa hazırıq. "Qarabağ" Londonda bayrağımızı qaldırdı. Bu komanda bizim fəxrimizdi. Təkcə "Qarabağ" yox, avrokuboklarda çıxış edən istənilən komandaya dəstək olacağıq. Bizim üçün fərqi yoxdu, "Qarabağ" olsun və ya "Neftçi", "İnter", Avropada oynayırlarsa, bizim fəxrimizdi. Onlara dəstək olmalıyıq. Sabah isə "Qarabağ" meydanda "Kəpəz"in rəqibi olacaq. Biz həmin oyunda doğma komandamızı dəstəkləyəcəyik".