Zaur Svanadzenin qələbə şərhi

23:39 19 Sentyabr 2015

"Mən oyundan və nəticədən razıyam".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Premyer Liqanın V turunda AZAL üzərində minimal hesablı qələbəni şərh edən gürcü mütəxəssis komandadakı itkilərdən danışıb:

 

"Heyətimizdə bəzi problemlər vardı. Rauf Əliyev zədə səbəbindən oyunda iştirak edə bilmirdi. İvan Benitez və Səlahət Ağayevin də problemləri var”.

 

Svanadze sözlərinə bu cür davam edib: "AZAL kimi komanda ilə oynamaq çətindir. Bütün bunlara baxmayaraq, yaxşı nəticə qazandıq və çox sayda qol epizodları yaratdıq. Çalışacağıq ki, növbəti oyunlarda da qələbələr əldə edək".


Digər xəbərlər

Xəbər xətti