"Ardıcıl 4 məğlubiyyətdən sonra “İnter”ə qarşı matçda qalib gəlmək, xal qazanmaq istəyirdik. Təəsüflər olsun ki, komandam birinci hissədə zəif çıxış etdi. İkinci hissədə təzyiqi artırıb, qol epizodları yaratdıq. Amma qol vura bilmədik. Hücumçu problemi aktual olaraq, qalır".
Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. O, Premyer Liqanın V turunda "İnter"ə məğlub olduqları oyun haqda fikirlərini açıqlayıb. Əhmədov uğursuz sindromu qırmağa çalışacaqlarını bildirib:
"Məğlubiyyətlər olsa da, AZAL mübarizə aparır. Lakin bu son deyil. Bizim məqsədimiz "qara zolaq"dan çıxmaqdır. Komandanın durumunu bilirsiniz. Bu heyətlə də olsa, "qara zolaq"dan çıxacağıq".
Baş məşqçi AZAL-dan getməyə hazır olduğunu da istisna etməyib: "İndiki vəziyyətdə komandanı bu vəziyyətdə qoyub getmək istəmirəm. Getsəydim, büdcəni eşidəndə gedərdim. Rəhbərlik istəsə gedərəm. Əgər bu yükün altına girmək istəyən varsa, mən getməyə hazıram".