"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun Sportarena.az saytına müsahibəsi
- "Neftçi" ilə oyuna necə hazırlaşırsız?
- "Böyük oyun"a əla hazırlaşırıq. Bilirsiz ki, bütün azarkeşlərimiz bu oyunu gözləyir. Jurnalistlər də həmişə bu matçı işıqlandırırlar. Ciddi hzırlaşırıq".
- Yeni transferlərlə yollar ayrıldı. Hazırda komandada cəmi 14 futbolçu var ki, bunların da böyük əksəriyyəti gənclərdir. Bu heyətlə "böyük oyun"da nəyə ümid edirsiz?
- Düzdü, sabah yeni transferlərimiz komandadan ayrıldı. Hazırda gənclərlə qalmışıq. Buna baxmayaraq, onlar da bu oyunun mahiyyətini dərk edirlər. İnşallah, çalışacağıq ki, yaxşı nəticə qazananaq".
- Sizcə, sabah 3 xal qazanmaq mümkün olacaq?
- Niyə də olmasın? Hər bir oyundan 3 xal götürmək olar. Eləcə də "Neftçi" ilə görüşdən. Meydana çıxıb vuruşmaq lazımdı. Mən gənc futbolçularımıza da demişəm ki, artıq xal qazanmaq vaxtıdı. Azarkeşlərimiz də bizə inanırlar. Düşünürəm ki, sabah yaxşı oyunun şahidi olacağıq.
- Məlum qadağaya görə, sabah lənkəranlı azarkeşlər stadiona buraxılmayacaqlar...
- Olsaydı, yaxşı olardı. Azarkeşlər olanda futbolçular həddindən artıq həvəslə oynayırlar. Azarkeşlərimizin stadionda olmaması oyunumuza mənfi təsir edəcək. Təsəvvür et ki, meydançaya çıxırsan, tribunada azarkeşin yoxdu. Azarkeşlərimizi stadiona buraxsaydılar yaxşı olardı. Əslində bu məsələyə çoxdan baxılmalı idi. Bu derbidisə, gərək həriki komandanın azarkeşləri meydanda olsunlar. Bizim rəhbərliyimiz deyib ki, qarşı tərəfin təhlükəsizliyini öz meydanımızda təmin edirik. Burda nə var ki? Hadisə idi, oldu, keçdi. Azarkeş olsaydı, daha maraqlı oyun izləyərdik.
- Siz hər zaman cəsarətli məşqçi kimi azarkeşlərin qəlbini oxşamısız. "Neftçi" ilə oyun öncəsi qalib gələcəynizi deyə bilərsiz?
- Mən həmişə deyirəm ki, udacağıq (gülür).
- Hər iki komandanın heyəti gəncləşdirilib. Necə düşünürsüz, "Böyük oyun" əvvəlki prinsipiallığını saxlayır?
- Əlbəttə ki, prinsipiallıq var. Komandaların heyətindən asılı olmayaraq həmişə də qalacaq.
Vüsal MİRZƏYEV