“Xəzər Lənkəran” azarkeşləri də, futbolçuları da bu oyunun məsuliyyətini anlayır. Bu səbəbdən də bu oyuna tam ciddi hazırlaşmışıq.”
Bu sözləri sportarena.az-a açıqlamasında Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olacaq “Xəzər Lənkəran”ın futbolçusu Tural Cəlilov deyib:
“Bu oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Azarkeşlərimiz də stadionda olsa daha yaxşı olardı amma məlum qadağa səbəbindən onlar sabah yanımızda ola bilməyəcəklər. Biz inaniriq ki, onların ürəyləri bizimlə olacaq. Özləri olmasalar belə dəstəklərini hiss edəcəyik.”