Rahid Əmirquliyev: "Bu, komandaya pis təsir etdi" - Müsahibə

12:07 20 Sentyabr 2015

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin Sportarena.az saytına müsahibəsi:
 

-“Böyük oyun”a necə hazırlaşmısız?
 -Yüksək səviyyədə hazırlaşmışıq, bilirik ki, bu oyun çox önəmlidir həm bizim, həm də azarkeşlər üçün. Ona görə də yaxşı hazırlaşmışıq. Baxmayaraq ki, FİFA-nın verdiyi məlum qadağaya görə bəzi futbolçularımız komandanı tərk etdilər ancaq buna baxmayaraq cavanlar da dərk edir bu oyunun önəmini və qalib olmaq üçün əlimizdən gələni edəcəyik.
 
-“Neftçi” ilə səfər oyununda lənkəranlı azarkeşlər iştirak edə bilməyəcək, dəstəksiz qalacaqsız. Bu komandanın oyununa nə dərəcədə təsir göstərəcək?
- Təbii ki, biz də istərdik bu oyunda azarkeşlərimiz iştirak etsin. Onlar stadionda olmasalar belə biz onlar üçün qələbə qazanmağa, onları sevindirməyə çalışacağıq.

 

-FİFA-nın “Xəzər Lənkəran”a qoyduğu məlum qadağa səbəbindən yayda komandaya cəlb olunan bir çox təcrübəli futbolçular komandanı tərk etdi.  Bu gedişlərdən sonra komandadakı abu-hava necədir?
- Bu komandaya pis təsir etdi. Amma biz “Qarabağ”la oyunda da göstərdik ki, bu heyətlə də sona kimi mübarizə aparacağıq. Yanvardan komandaya yeni oyunçular cəlb olunacaq. Biz də çalışacağıq ki, ona kimi yaxşı oyun nümayış etdirək və mümkün qədər çox xal qazanaq.

 

-Azarkeşlərə “Neftçi” ilə oyunda qələbə sözü verə bilərsənmi?
-  Qələbə sözü heç kəs verə bilməz. Amma onu söz verə bilərəm ki, 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Vüsal MİRZƏYEV


Digər xəbərlər

Xəbər xətti