Bu gün Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində daha iki qarşılaşma keçiriləcək.
Sportarena.az xəbər verir ki, baş tutacaq oyunlardan biri - "Neftçi" - "Xəzər Lənkəran" matçı canlı yayımlanacaq. "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq "Böyük oyun"u "CBC Sport" canlı olaraq azarkeşlərə nümayiş etdirəcək.