19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Uelsın Flintshire şəhərində təşkil olunmuş Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib. Sportarena.az xəbər verir ki, komandamız Xorvatiya seçməsi ilə qarşılaşıb.
Yığmamız rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə komandamız növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanıb.
Xatırladaq ki, futbolçularımız ilkin seçmə mərhələnin ilk oyununda Uels yığmasına 4:1, Belçika komandasına isə 3:0 hesabı ilə qalib gəlmişdi.