"Gəncə şəhərinə başqa cür sevgim var" - Qurban Qurbanov

19:52 20 Sentyabr 2015

İlk növbədə "Kəpəz"ə uğurlar arzu edirəm. Həqiqətən də tərifəlayiq futbol oynadılar. Düşünürəm ki, gələcək daha yaxşı nəticələr əldə edəcəklər. Şahin müəllimə uğurlar diləyirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turunda "Kəpəz"ə qalib gəldikləri oyundan (3:2) sonra keçirilən mətbuat konfransında deyib. Qurbanov "Kəpəz"in Avropa Liqasında oynamağa layiq komanda olduğunu bildirib:

 

"Mənim Gəncə şəhərinə başqa cür sevgim var. Bu qədim şəhər həmişə maraqlı hadisələrlə yadda qalıb. Şadam ki, Gəncədə yenə futbol var. Azarkeşlər həm məni, həm də komandamı çox yaxşı qarşıladılar. Hesab edirəm ki, "Kəpəz" Avropa Liqasında oynamağa qadir komandadır. Öz komandama gəldikdə, hər bir oyunçuya təşəkkür edirəm. Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq. Bir araya gəlib, oyuna ciddi yanaşdıq və nəticə qazandıq".


Digər xəbərlər

Xəbər xətti