"Böyük oyun"da ara qarışdı: "Neftçi" azarkeşləri bölməyə aparıldı

22:27 20 Sentyabr 2015

Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyununda insident yaşanıb. Sportarena.az-ın "Bakcell Arena"da olan əməkdaşının verdiyi məlumata görə, hər şeyi qonaqların hesabı bərabərləşdirməsindən sonra baş verib.

 

Belə ki, Rahid Əmirquliyevin vurduğu topdan sonra stadionda "Qol" sədası eşidilib. Bunu görən "Neftçi" azarkeşləri dərhal həmin istiqamətə yönəliblər. Onlar həmin şəxsi təhqir edə-edə ona tərəf yaxınlaşıb və fiziki təzyiq göstərmək istəyiblər.

 

Yalnız polislərin müdaxiləsindən sonra onların bu hərəkətinin qarşısı alınıb. Asayiş keşikçiləri ilə əlbəyaxa olan bir neçə azarkeşin bölməyə aparıldığı bildirilir.


Digər xəbərlər

Xəbər xətti