"Fasilədə Rəhim Həsənova yaxınlaşıb xahiş elədim ki..." - Yunis Hüseynov

23:45 20 Sentyabr 2015

"Bilirsiniz ki, “Neftçi” və “Xəzər Lənkəran” oyunları çətin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Skarlatake zədəli olsa da, meydançaya çıxmışdı. Heyətimizdə gənc oyunçularımız var. Matçın gedişində səhvlər edirdik. Buna baxmayaraq, vuruşub 1 xal qazandıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. "Neftçi" ilə oyundan danışan mütəxəssis Adrian Skarlatakenin qırmızı vərəqə gördüyü epizod haqda fikirlərini açıqlayıb:

 

"Ola bilər ki, səhv edirəm. Amma mən düşünürəm ki, Skarlatake ikinci sarı vərəqə almazdan öncə topa oynamışdı. Sözsüz ki, bu mənim fikrimdir. Yəqin ki, epizoda baxıb, qiymət verəcəklər".

 

Hüseynov rəqib komandanın yarımmüdafiəçisi Erik Ramosun meydanda etdiyi hərəkətlərə də toxunub: "Bir məsələyə də toxunmaq istəyirəm. “Neftçi”nin 15 nömrəli oyunçusu Erik Ramos xoşagəlməz bir hərəkət etdi. Qapıçımız Orxan Sadıqlı zədədən qayıdıb, dizindən əməliyyat olunub. Dizində ağrılar hiss elədi və topu meydançadan çıxardı. Amma Erik topu bizə qaytarmadı. “Neftçi”yə və peşəkar oyunçuya yaraşan hal deyil. Erik həmişə belə hərəkətlər edib. Fasilə zamanı baş hakim Rəhim Həsənova yaxınlaşıb xahiş elədim ki, Ramosun hərəkətlərinə diqqət yetirsin. Artıq bu oyunu unutmalıyıq. Bizim zədəli oyunçularımız var. Qarşıda isə çətin oyunlar bizi gözləyir".


Digər xəbərlər

Xəbər xətti