"Heç olmasa "Neftçi" ilə oyunda bunu etməsinlər" - Elnur Cəfərov

00:32 21 Sentyabr 2015

"Neftçi" ilə oyuna qələbə üçün çıxmışdıq. Amma alınmadı".

 

Bu sözləri Sportarena.az saytına açıqlamasında "Xəər Lənkəran"ın futbolçusu Elnur Cəfərov deyib. Premyer Liqanın V turunda "Neftçi" ilə heç-heçəni şərh edən gənc futbolçu hakimlərdən narazılığını dilə gətirib:

 

"Oyunda mübahisəli epizodlar çox oldu: penalti, qırmızı vərəqə... Bir az belə şeylərə fikir versinlər. "Rəvan"la oyunda da 2 qırmızı vərəqə gördük. Bir oyun fasilə verdilər, bu gün yenə "qırmızı" göstərdilər. Heç olmasa "Neftçi" ilə oyunda bunu etməsinlər. Bilirlər ki, onlarla aramızda rəqabət var. Qələbə qazana biləcəyimiz oyun idi. 10 nəfərlə qaldıqdan sonra çətinlik yaşadıq. Hakimlərin qərarlarından narazıyam. Əslində mən gənc futbolçuyam, belə şeylərə fikir verməməliyəm. Ona görə də hakimlər bir az diqqətli olsunlar".

 

Cəfərov öz oyunu haqda isə bunları deyib: "Qırmızı vərəqəyə qədər meydanda nə isə etməyə çalışırdım. Amma azlıqda qaldıqdan sonra ancaq müdafiədə oturub, əks-hücumlara bel bağlamağa məcbur olduq".


Digər xəbərlər

Xəbər xətti