Bu gün Topaz Premyer Liqasında V tura yekun vurulacaq. Sportarena.az xəbər verir ki, turun son oyunu Qəbələdə keçiriləcək.
Şəhərin eyniadlı təmsilçisi azarkeşləri önündə "Sumqayıt"ı sınağa çəkəcək. Ötən tur səfərdə "İnter"ə uduzaraq, zirvədən bir qədər aralı düşən əyalət təmsilçisi yenidən liderlər qrupuna qayıtmağa çalışacaq. Bunun üçün isə "Sumqayıt" səddini itkisiz keçmək lazımdır. Qonaqlar isə çətin səfərdən ən azı 1 xalla qayıtmağa ümid edəcəklər.
Topaz Premyer Liqası, V tur
21 sentyabr
“Qəbələ” – “Sumqayıt” 1:0
Qol: Qay 90+ (Pen.)
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev
Qəbələ şəhər stadionu