"Neftçi İdman Klubu"nun təmsilçilərindən növbəti medallar

11:28 21 Sentyabr 2015

Qılıncoynatma Federasiyasının zalında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Sportarena.az xəbər verir ki, sablyaçı qadınların yarışında bütün medallara "Neftçi İdman Klubu”nun təmsilçiləri yiyələniblər.

 

Finalda Səbinə Mikina Bakı-2015-in gümüş mükafatçısı Sevil Bünyatovanı 15:14 hesabı ilə məğlub edib. Bürünc medalları isə klubun digər yetirmələri Sevinc Bünyatova ilə Nərminə Cəfərova əldə ediblər.

 

Kişilər arasında Azər Tağıyev çempionluq sevinci yaşayıb. Cavanşir Ağakişiyev və Yusif Budaqov isə yarışı 3-cü yerdə başa vurublar.

 

Şpaqa növündə hər iki cinsin nümayəndələri arasında finala "Neftçi"nin qılıncoynadanları yüksəliblər. Kişilərin mübarizəsində Nəcəf Məhərrəmov Kənan Əliyev üzərində qələbə qazanıb – 15:14. Bürünc medallara isə Vəkil Nəsirov və Etibar Namazov sahib çıxıblar. Qadınlar arasında Elmira Xudaverdiyeva və Samirə Hüseynova müvafiq olaraq ilk iki pillədə qərarlaşıblar.


Digər xəbərlər

Xəbər xətti