Gəncədə fantastik göstərici - 20 min tamaşaçı

14:31 21 Sentyabr 2015

Topaz Premyer Liqasında son 9 mövsümün yeni rekordu qeydə alınıb. Sportarena.az xəbər verir ki ki, V turun "Kəpəz" – "Qarabağ" qarşılaşmasını 20000 tamaşaçı izləyib. Belə yüksək göstərici isə nəinki mövsümün, ümumiyyətlə son illərin rekordudur.

 

Sonuncu dəfə 20000 və daha çox azarkeş 2006/07 mövsümündə qeydə alınmışdı. 2007-ci il fevralın 16-da Bakıda keçirilən “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”da Tofiq Bəhramov adına Respublika stadionuna 25000 tamaşaçı toplaşmışdı. 3138 gün əvvəlki rekord qırılmasa da, ilk dəfə azarkeş sayında 20 minlik sədd fəth olunub. Ümumiyyətlə isə 2004-cü ildən sonra 4-cü dəfədir ki, tamaşaçı sayı 20000 və ya dana çox olur. 

 

2004-15-ci illərdə 20000 və daha çox azarkeşim izlədiyi çempionat oyunları

 

2004/05 10.06.2005.

Qızıl oyun. “Neftçi” – “Xəzər Lənkəran” - 2:1

Gəncə şəhər stadionu. 25000 tamaşaçı

 

2006/07 16.05.2007.

“Neftçi” – “Xəzər Lənkəran” - 1:0

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 25000 tamaşaçı

 

2004/05 11.05.2005.

“Neftçi” – “Xəzər Lənkəran” - 2:1

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21000 tamaşaçı

 

2015/16 20.09.2015.

“Kəpəz” – “Qarabağ” – 2:3

Gəncə şəhər stadionu. 20000 tamaşaçı

 

Qeyd edək ki, mövsümün əvvəlki turlarında qeydə alınan cəmi seyrçi sayı da “Kəpəz” – “Qarabağ” matçından az olub. İlk turunu cəmi 14000, II turu 16300, III turu 13350, IV turu 17400 tamaşaçı izləmişdi.


Digər xəbərlər

Xəbər xətti