"Neftçi"nin sabiq hücumçusu Nikolas Kanalesin özünə yeni klub tapıb. Sportarena.az xəbər verir ki, çilili futbolçu karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Təcrübəli forvard "Krılya Sovetov"la müqavilə imzalayıb.
Xatırladaq ki, ötən mövsüm "Neftçi"nin heyətində 28 oyun keçirən Kanales 11 dəfə rəqib qapılarına yol tapıb.