"Dalğa Arena"nın örtüyü dəyişdirilir - AFFA-dan gecikmiş addım

16:43 21 Sentyabr 2015

Bakının Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"nın ot örtüyü dəyişdiriləcək. Sportarena.az "Report" agenliyinə istinadən xəbər verir ki, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, arenanın süni örtüyü təbii ot örtüyü ilə dəyişdiriləcək. E.Məmmədov bu addımın 2016-cı ildə Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı ilə əlaqədar atıldığını bildirib: "Qitə birinciliyi üçün nəzərdə tutduğumuz stadionlar arasında "Dalğa Arena" da yer alıb. Çempionatla bağlı UEFA-nın şərtləri var. Buna əsasən, oyunların hamısı ya süni, ya da təbii örtüklü stadionlarda keçirilməlidir. Amma 2012-ci ildə Azərbaycanda 17 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunmuş dünya çempionatında şərt belə idi ki, hər bir komanda oyunlarının yarısını təbii, yarısını süni örtüklü stadionlarda keçirməlidir".

 

Qeyd edək ki, AFFA Futbol Mərkəzinin ərazisində həm də Azərbaycan milli komandasının təlim-məşq bazası yerləşəcək. Bazanın açılışı oktyabrın 10-da UEFA prezidenti Mişel Platininin Bakıya səfəri zamanı baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti