Birinci divizionun "əsrarəngiz" klubu "Neftçala"nın daha bir yalanını üzə çıxarmışıq. Sportarena.az-ın əldə etdiyi məlumata görə, Neftçalanı təmsil etməyən klub ötən mövsüm futbolçular və məşqçilərini aldadıb. Necə? Məsələ belə olub.
"Ağsu"nun çempion olduğu mövsümdə rəhbərlik futbolçulara 100 min manat mükafat vəd edib. Adamın üstündə Allah var. Söz verilən mükafat komanda üzvlərinə paylanılıb. Daim "Ağsu" ilə rəqabət aparan "Neftçala" rəhbərliyi də mətbuat açıqlamasında bildirib ki, komanda çempion olsa, onlar həmin mükafatın 2 mislini futbolçu və məşqçi heyətinə paylayacaq. Bu isə 200 min manat deməkdir.
Bura kimi hər şey aydındır. Elə əsas həngamə də bundan sonra başlayır. Belə ki, ötən mövsüm çempion olan komandaya vəd olunan 200 min nə verilib, nə də göstərilib. İndi bir sual ortaya çıxır: Mükafat vəd olunubsa, niyə verilməyib? Yaxud da verilməyəcəkdisə, niyə vəd olunurdu? Əslində cavabı çox sadədi. Çox güman ki, bu da rəhbərliyin növbəti ucu piarı və ya böyük yalanıdı.