"Ən çətin oyunumuz Belçika millisi ilə oldu"

17:11 21 Sentyabr 2015

"Ən çətin oyunlarımızı keçirdik. Həm də məsuliyyətimiz böyük idi. Çox çalışırdıq, nəhayət, bu dəfə məqsədimizə nail olduq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri19 yaşadək qızlardan ibarət yığma komandamızın üzvü Nigar Cəlilli deyib. Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirdiyi 3 oyunun hamısında qələbə qazanaraq, lideri kimi elit-raunda vəsiqə qazanan komandamızın hücumçusu təəssüratlarını AFFA-nın rəsmi saytına bölüşüb:

 

"Qazandığımız nəticəyə görə çox şadıq. Bu münasibətlə komanda yoldaşlarımı, bizi dəstəkləyən hər kəsi təbrik edirəm. Əziyyəti olanlara, hava limanına millini qarşılamağa gələnlərə təşəkkürümüzü bildiririk. Qrup mərhələsi çərçivəsində 3 oyun keçirdik. Ən çətin oyunumuz Belçika millisi ilə oldu. Çünki onlar qrupun ən güclü komandası hesab edilirdilər".


Digər xəbərlər

Xəbər xətti