"Ürəyimin nə dediyi, qoy, ürəyimlə mənə qalsın" - Gündüz Abbaszadə

18:46 21 Sentyabr 2015

"Yenidən şərhçilik etmək çətin deyil. Təbii ki, böyük fasilədən sonra ilk şərhdə həyəcan var idi. Bundan başqa problem yox idi".

 

Bu sözləri Sportarena.az saytına açıqlamasında "CBC Sport" telekanalının şərhçisi Gündüz Abbaszadə deyib. Uzun fasilədən sonra teleməkana qayıdan "Neftçi"nin sabiq əməkdaşı son olaraq, məhz "ağ-qaralar"ın "Xəzər Lənkəran"la oyununu şərh edib. Paytaxt klubuna sevgisini şərhində çox da hiss elətdirməyən Gündüz "Dilinizdə "Neftçi" sevgisi hiss olunmadı. Ürəyiniz necə, "Neftçi" deyirdimi?" sualına isə bu cür cavab verib:

 

"Bilirsiz necədi? Mən şərhçiyəmsə, obyektivliyi qorumalıyam. Bu, mənim boynumun borcudu. Mümkün qədər obyektiv olmağa çalışdım. Bunun nə dərəcədə alınıb-alınmadığına tamaşaçılar, azarkeşlər və siz qiymət verə bilərsiz. Ürəyimin nə dediyi isə qoy, ürəyimlə mənə qalsın".


Digər xəbərlər

Xəbər xətti