PFL-dən "Qəbələ"yə növbəti jest

18:58 21 Sentyabr 2015

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib. Sportarena.az xəbər verir ki, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan qurum “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib.

 

Topaz Premyer Liqasının VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr tarixindən 25 sentyabr tarixinə keçirilib. VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçının vaxtı isə 3 oktyabr tarixindən 4 oktyabr tarixinə dəyişdirilib.


Digər xəbərlər

Xəbər xətti