Azərbaycan kanoe-slalom növündə ilk dəfə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Sportarena.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kanoe-slalom üzrə dünya çempionatı keçirilib. Nüfuzlu reqatada Azərbaycanı Yure Meqliç təmsil edib.
31 yaşlı idmançı kişilər arasında 1 nəfərlik kayak qayığı ilə mübarizə aparıb. O, seçmə mərhələdə 83,73 xalla 11-ci yeri tutaraq, yarımfinala yüksəlib. Növbəti mərhələdə Meqliç 95,20 xalla 14-cü olub. Bu nəticə ilə Azərbaycan təmsilçi final mərhələsindən kənarda qalıb. Lakin Meqliç 15 ən güclü kanoe-slalomçu sırasına düşdüyündən, reqlamentə əsasən, olimpiadaya lisenziya qazanıb.